Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qanunsuz silahlanan Ermənistan özünə arxayın idi, ona görə danışıqlardan qaçırdı - Ekspert
Qanunsuz silahlanan Ermənistan özünə arxayın idi, ona görə danışıqlardan qaçırdı - Ekspert

Ermənistan qanunsuz yolla silahlandığı üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanla danışıqlara gəlmək istəmirdi.

Bunu  hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov Tərlan Eyvazov

O bildirib ki, Ermənistan özünün silahı və Rusiyanın bu ölkədə yerləşdirilən hərbi bazasının silahlarına, hərbi texnikasına arxalanırdı: "Həmin hərbi texnika və silah-sursatlar Dağlıq Qarabağın işğal altındakı ərazisində yerləşdirilmişdi. Azərbaycan Ordusunun bu gün Dağlıq Qarabağ və ətraf rayonları terrorçulardan təmizləməsi əməliyyatlarında bunun şahidi oluruq. Aydın oldu ki, ön cəbhədə nə qədər tank var imiş. Ona görə də onlar danışıqlara gəlmirdilər, özlərinə arxayın idilər. Düşünürdülər ki, onların cəbhə bölgəsində olan tank, zirehli vasitələri və sursatları Azərbaycanınkından artıqdır. Əgər Azərbaycan bu vaxta qədər Türkiyə, İsrail və digər ölkələrdən pulla silah-sursat, hərbi texnika alırdısa, Ermənistan bunu özünün yaxın müttəfiqlərindən pulsuz əldə edirdi. Təbii ki, kiçik bir büdcəsi olan Ermənistanın bu qədər silah və hərbi texnika almaq imkanı yoxdur. Azərbaycan Ordusu müasir texnologiyalı silahlarla həmin silah və texnikaları məhv etsə də, hələ də onlarda silah qalmaqdadır".

Hərbi ekspert bildirir ki, məsələyə ATƏT-in Mnsk Qrupu heç bir reaksiya verməyib: "Minsk Qrupu əksinə Azərbaycana təzyiq göstərirdi ki, Ermnənistana nəyisə güzəştə getsin. Əgər bu gün Ermənistan ərazisindən dinc sakinlərin yaşadığı Azərbaycan ərazilərinə raketlər atılırsa, Minsk Qrupu və digər beynəlxalq təşkilatlar buna reaksiya vermirsə, ermənilərin silahlanmasına hansı reaksiyanı verəcək? Buna görə də Azərbaycan öz problemini özü həll etmək qərarı verdi".(trend)

Son xəbərlər
Bütün xəbərlər »