Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ istismar müddəti keçmiş iki "F-16" qırıcısını Bolqarıstana verməyi düşünür
F-16 qırıcı təyyarə

ABŞ administrasiyası istismar müddətini başa vurmuş iki ədəd “F-16” qırıcısını pulsuz olaraq Bolqarıstan silahlı qüvvələrinə verməyi planlaşdırır.

Bu barədə “24 Saat” qəzeti Sofiyadakı ABŞ səfirliyinə istinadən məlumat yayıb.

ABŞ diplomatik nümayəndəliyi isə öz növbəsində Bolqarıstan Hərbi Hava Qüvvələrinin iki bazasını ziyarət edən dövlət katibinin siyasi və hərbi məsələlər üzrə köməkçisi Klark Kuperə istinad edib.

Səfirlik istismardan çıxarılan hərbi təyyarələrin Bolqarıstana verilməsi bu təşəbbüsün ABŞ Konqresində təsdiqlənməsindən sonra baş verəcəyini bildirib. ABŞ hərbçiləri hesab edir ki, onların bolqarıstanlı həmkarları bu təyyarələrdən təlim məqsədilə və texniki imkanları ilə tanış olmaq üçün istifadə edəcəklər.(apa)

Paylaş »
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
Son xəbərlər
Bütün xəbərlər »