Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Instagram”da boşluq tapdı, böyük mükafat qazandı - Foto
“Instagram”da boşluq tapdı, böyük mükafat qazandı - Foto

Türkiyədə yaşayan Türkmənistan vətəndaşı “Instagram”la ciddi maraqlanmağın faydasını görüb.

Almaz Seyidov sosial şəbəkənin təhlükəsizlik sistemində boşluq tapıb. “Instagram” buna görə türkmənə 10 min dollar mükafat verib.

Almaz Seyidov Almaz Seyidov

Bizimyol.info xəbər verir ki, Türkiyənin Sakarya şəhərində təhsil alan tələbə sosial şəbəkənin təhlükəsizlik sistemindəki boşluğu tam yəqinləşdirmək üçün 4 ay çalışıb. O, boşluq sayəsində bir çox məşhurun hesabına girməyi bacarıb. Almaz Seyidovun dediyinə görə, heç kimə zərər vurmayıb. Sadəcə, “Instagram”a boşluğun nə dərəcədə böyük olduğubu göstərmək istəyib. Bundan sonra böyük mükafatı əldə edib.

Almaz Seyidov deyir ki, hər bir sosial şəbəkə istifadəçisi təhlükəsizliyinin qayğısını çəkir. Türkmən tələbə də buna diqqət ayırıb. Almaz sevinir ki, ciddi boşluq ortaya çıxarıb.

Son xəbərlər
Bütün xəbərlər »