Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanın maaşı nə qədər olacaq...
Ərdoğanın maaşı nə qədər olacaq...

Türkiyədə prezidentin məvacibini artırmaq qərarına gəliblər. Türkiyə Böyük Millət Məclisinə göndərilən büdcə təklifində Rəcəb Tayyib Ərdoğanın maaşının 8.3 faiz artırılması qeyd olunub.

Bizimyol.info xəbər verir ki, qardaş ölkədə 2021-ci ilin büdcəsində dövlət başçısının aylıq məvacibinin 88 min lirə (təxminən 11 min dollar) olacağı əksini tapıb. Ümumiyyətlə, Cümhurbaşkanlığı İdarəsinə ayrılan vəsait də artırılır. İdarəyə 2020-ci illə müqayisədə 886 milyon lirə daha çox veriləcək. Cəmi 4.39 milyard lirədən (təxminən 550 milyon dollar) söhbət gedir.

Müxalidət prezidentin maaşının artırılmasına etiraz etməyə başlayıb. Xüsusilə Cümhurbaşkanlığı İdarəsinə ayrılan vəsaitin 28.1 faizi artırılması birmənalı qarşılanmayıb. CHP-dən Manisa millət vəkili Özgür Özəl məvacib artımının minimum əməkhaqqının üç misli qədər olmasına diqqət ayırıb.

Son xəbərlər
Bütün xəbərlər »