Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya işçi qüvvəsinin çatışmazlığı problemi ilə üzləşib

Əvvəllər əmək miqrantlarını işə götürən Rusiya şirkətlərinin təxminən 40%-i işçi qüvvəsinin çatışmazlığı ilə üzləşib.

"APA-Economics"in "Vedomosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Strateji Araşdırmalar Mərkəzinin araşdırmasında deyilir.

Qeyd olunur ki, xarici işçi qüvvəsinin Rusiyadan axını ölkədə yeni bir problemə səbəb olub – kuryer və taksi sürücülərinin kəskin çatışmazlığı yaranıb.

Mütəxəssislərin fikrincə, şirkətlərin 15%-i tezliklə yeni işçilərin cəlb edilməsi zərurəti ilə üzləşəcək. Sorğunun nəticələri onu göstərib ki, iş yerlərinin 40%-i əməkhaqqında qənaət etmək üçün xarici vətəndaşları işə götürüb. Sorğuda iştirak edən şirkətlərin digər 35%-i miqrantların rusiyalılarla müqayisədə daha yüksək göstəricilərə malik olduqlarını qeyd edib. Bununla belə, Rusiyada hər dördüncü işəgötürən (25%) miqrantların işə daha məsuliyyətli münasibətini vurğulayıb.

Şirkətlər bununla birlikdə miqrantları işə götürərkən ortaya çıxan problemləri də qeyd edib. Bunların arasında mentalitet fərqi, dil maneəsi, işə düzələrkən bürokratik çətinliklər var.

Son xəbərlər
Bütün xəbərlər »