Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəbrayılı işğal etmiş erməni general ölüm ayağındadır
Cəbrayılı işğal etmiş erməni general ölüm ayağındadır

Erməni general, Ermənistan Respublika Partiyasından olan Manvel Qriqoryan ölüm ayağındadır.

Onu Xankəndindən İrəvana aparıblar.

Milli.Az bildirir ki, bunu M.Qriqoryanın vəkili Levon Baqdasaryan deyib.

Oktyabrın 7-dən bəri Dağlıq Qarabağda olan Qriqoryan indi İrəvandakı xəstəxananın reaimasiya bölməsindədir.

M.Qriqoryanın səhhəti dünən qəflətən pisləşib.

Manvel Qriqoryan Cəbrayıl və Fizuli rayonlarını işğal etmiş 5-ci briqadanın komandiri olub.

Ermənilər məhz onun əmri ilə Fizuli şəhərini viran qoyublar.

M.Qriqoryan azərbaycanlı əsirlərə qarşı ağlasığmaz vəhşiliyi və qəddarlığı ilə ad çıxarmışdı.

2018-ci ildə M.Qriqoryana qarşı cinayət işi açılmışdı. O, qanunsuz odlu silah və sursat saxlamaqda, 100 milyon dramdan artıq əmlakı mənimsəməkdə (200 min dollar), vergilərdən yayınmaqda və 1 milyard dramdan artıq dövlət əmlakını "özəlləşdirmək"də suçlanmışdı.

M.Qriqoryanın arvadı Nazik Amiryana qarşı da cinayət işi açılıb.

Son xəbərlər
Bütün xəbərlər »