Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elxan Məmmədov: "Bizim işimiz çətinləşib"
AFFA

"UEFA İcraiyyə Komitəsinin xüsusi qərarına əsasən yaxın gələcəkdə hazırkı vəziyyəti nəzərə alaraq, Azərbaycanda beynəlxalq oyunlar təşkil edilməyəcək. Nəzərə alsaq ki, yaxın gələcəkdə "Qarabağ"ın Bakıda İspaniya "Vilyarreal"ına qarşı oyunu var. Sonra isə millinin Monteneqro ilə matçı olacaq. Biz bu gün səhər bir neçə dəfə UEFA ilə əlaqə saxladıq, məsələni müzakirə etdik, hazırda danışıqlar davam etdirilir".

Bu fikirləri "Report"a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib. O bildirib ki, "Qarabağ" "Vilyarreal"la oyununu Bakıda keçirməli idi: "İlk növbədə bu matç müzakirə edilir. Bildirdik ki, qarşılaşma alternativ ölkə olaraq Türkiyədə gerçəkləşsin. Lakin UEFA tərəfindən tövsiyə olundu ki, oyunlar qrup mərhələsində iştirak edən klubların stadionlarında təşkil edilə bilər. Bu da təbii ki, işimizi bir az çətinləşdirir. Biz "Qarabağ"la danışacağıq və vahid fikrimizi UEFA-ya çatdıracağıq. Əminəm ki, növbəti üç gün ərzində növbəti addımların nədən ibarət olacağını biləcəyik".

"Milli komandanın oyunu noyabrda olacaq. Nəzərə alsaq ki, yığma noyabrın 10-da səfərdə Sloveniya ilə yoldaşlıq oyunu keçirməlidir. Bunu nəzərə alaraq, biz də UEFA-ya fikrimizi bildirdik ki, noyabrın 14-də Millətlər Liqasında Monteneqroya qarşı ev oyunumuzu Sloveniyanın paytaxtı Lyublyanaya yaxın yerdə təşkil etmək niyyətindəyik" - Məmmədov vurğulayıb.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »