Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan klubu avrokubok matçını Serbiyada keçirəcək
Həndbol

Qadın həndbolçulardan ibarət "Azəryol" komandası Avropa Kubokunun 1/16 final mərhələsində Serbiyanın "ZRK Naisa" klubu ilə ev oyununu Bakıda keçirməyəcək.

Bu barədə "Report"a Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin müdiri İsgəndər Əsgərov məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda bu istiqamətdə danışıqlar davam edir: "Yəqin ki, cavab matçı da Serbiyada olacaq. İdman zalları bağlı olduğu üçün burada oynamaq mümkün deyil. Onsuz da oyunu neytral meydanda keçirməli idik. Qarşı tərəflə danışıqlar davam edir. Cavab görüşünün də orada olmasını istəyirik. 1-2 həftəyə məsələ dəqiqləşəcək".

Qeyd edək ki, Serbiya mətbuatı komandalar arasında oyunların dəqiq vaxtını açıqlayıb. "Azəryol" ilk matçını noyabrın 14-də, cavab qarşılaşmasını isə noyabrın 21-də keçirəcək.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Monitorinqin nəticələri: Müharibə dövründə ən yaxşı işləyən qurum "Azərişıq" idi
Son xəbərlər
Bütün xəbərlər »