Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada “Su-34” qırıcısı qəzaya uğrayıb
Rusiyada “Su-34” qırıcısı qəzaya uğrayıb

Rusiyanın Xabarovsk diyarında “Su-34” ön xətt qırıcısı qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Şərq Hərbi Dairəsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarə planlı təlim uçuşu zamanı qəzaya düşüb.

“Pilotlar katapult ediblər. Onların sağlamlığı üçün heç bir təhlükə yoxdur. Hazırda ekipaj üzvləri baza aerodromuna təxliyə edilib”, - Mətbuat xidmətindən vurğulayıblar.

Əlavə olunub ki, uçuş sursat olmadan həyata keçirildiyindən meşəlik-düzənlik olan qəza yerində ciddi dağıntı yoxdur. Hadisənin başvermə səbəblərini və şəraitini müəyyənləşdirmək üçün qəza yerinə Şərq Hərbi Dairəsindən komissiya göndərilib.

Son xəbərlər
Bütün xəbərlər »