Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Anderson"un sahibəsinin erməni sevgisi - Fotofakt
"Anderson"un sahibəsinin erməni sevgisi - Fotofakt

Dünən Bakıda fəaliyyət göstərən "Anderson" iaşə obyekti sahibəsi Anastasiya Tatulovanın ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürməsi və bundan sonra kafenin bağlanması barədə məlumatlar yayıldı.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində yazıb:

“Bu qadın Bakı şəhəri 34 ünvanında yerləşən Anderson-“Coffee shop in Baku” obyektinin sahibəsidir. Bu günlərdə erməni fonduna 50 min ABŞ dolları keçirib.

Bakıda pul qazanır və övladlarımızın öldürülməsi üçün düşmənə yardım edir.

Bu müəssisə aidiyyatı qurumlar tərəfindən dərhal qapadılmalı və erməni əsilli bu iş adamının ölkədə fəaliyyəti qadağan edilməlidir”.

Qeyd edək ki, kafenin sahibəsi, erməni əsgərlərinə yardım üçün 50 min manat göndərib və ermənilərə simpatiyasını sosial şəbəkədə bəyan edib,erməniləri açıq şəkildə dəstəklədiyini söyləyib.

Anastasiya Tatulyanın "Anderson"u

Son xəbərlər
Bütün xəbərlər »