Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oktyabrın 22-nə olan hava proqnozu
hava

Oktyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Bizimyol.info xəbər verir ki, ETSN-in Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 12-14, gündüz 18-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 3-7, gündüz 14-18 dərəcə isti olacaq.

Oktyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »