Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyalı alim ermənilərin Azərbaycan barədə yalanlarını ifşa etdi
İtaliya

İtaliyanın məşhur Corriere Della Sera qəzeti professor Daniel Vinçellinin "Dağlıq Qarabağ: Sülh zamanı" adlı hekayəsini dərc edib.

Məqalədə oktyabrın 10-da bağlanmış humanitar atəşkəs razılaşması, Azərbaycan və Ermənistanın Qarabağa dair şərtləri barədə təfərrüatlardan bəhs edilib.Müəllif qeyd edib ki, Azərbaycan hazırda qələbəyə daha yaxın görünür və 1993-xü ildə Ermənistan tərəfindən işğal edilmiş ərazilərə nəzarti ələ alıb.

O qeyd edib ki, münaqişəni Dağlıq Qarabağ münaqişəsi dandırmaq yanlışdır, əslində daha böyük bir ərazi uğrunda müharibə gedir."Qarabağdan kənarda, etnik azərbaycanlıların yaşadığı və zorla qovulduqları ərazilərdən gedir.Ermənistan deyir ki, bu əraizləri təhlükəsizlik naminə boşaldıb. lakin daha sonra o bu torpaqlarda qanunsuz yerə məskunlaşma aparıb.

İtaliyalı alim qeyd edib ki, BMT-ni Qarabağla bağlı qərarlarına riayət edilmir və Azərbaycanın haqq səsi beynəlxalq aləmdə eşidilmir.

Professor Azərbaycan barədə yayılan feyk xəbərlərdən də danışaraq informasiya məkanının onlardan təmizlənməli olduğunu qeyd edib. O indiki hadisələrin 1915-ci ildə qondarma erməni soyqırımının davamı olması barədə deyilənləri Azərbaycan barədə kosmik yalan adlandırıb. Alim həmçinin bu müharibənin islam aləmi ilə xristianlar arasında olması barədə səsləndirilən iddiaları da böyük yalan adlandırıb.

"Qafqazda din heç zaman önəmli rol oynamayıb. Azərbaycan indi dini faktorlar barədə danışmır. Ermənistan bu kimi yalanlarla böyük xristan dünyasının, islamofobların simpatiyasını qazanmağa çalışır. Konflikt zonasında cihadçılar yox, terrorçular döyüşür, həm də elə Ermənistan naminə".

İlhamə

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
››› Korotçenko Paşinyanın Moskvadan nə istəyəcəyindən danışdı
Son xəbərlər
Bütün xəbərlər »