Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
22 iranlı həkim könüllü fəaliyyət üçün Azərbaycana müraciət edib
22 iranlı həkim könüllü fəaliyyət üçün Azərbaycana müraciət edib

İran həkimləri Azərbaycana könüllü olaraq gəlməyə və döyüş zonalarında yaralanan əhaliyə və hərbçilərə tibbi yardım göstərməyə hazırdır.

İranın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu, 22 iranlı həkimin Azərbaycanın İrandakı səfirinə müraciətində öz əksini tapıb.

Müraciətdə qeyd edilib ki, İran həkimləri Azərbaycan dövlətini və xalqını yeni qələbələrlə təbrik edir, eləcə də, hərbçilərin və dinc insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verərək Azərbaycan Ordusuna və əsgərinə yeni qələbələr arzulayır:

"Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan dinc əhaliyə və hərbçilərə tibbi yardım göstərməyə və onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik”.

Səfirliyin məlumatında müraciət edən həkimlərin sayının artacağı qeyd olunub.

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
››› "Ata Abdullayevin anası örpəyini ayağımın altına atdı"
Son xəbərlər
Bütün xəbərlər »