Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paytaxtda koronavirusa ən çox yoluxma qeydə alınan rayonun adı açıqlanıb
Paytaxtda koronavirusa ən çox yoluxma qeydə alınan rayonun adı açıqlanıb

Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

Bizimyol.info xəbər verir ki,  koronavirusinfo.az saytının verdiyi məlumata görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 14,5 faizi həmin rayonun payına düşür.

Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 12,5 faizi Xətai, 11,7 faizi Yasamal, 11,7 faizi Sabunçu, 8,7 faizi Nəsimi, 8,1 faizi Nərimanov, 8 faizi Suraxanı, 7,2 faizi Qaradağ, 7,1 faizi Nizami, 5,5 faizi Xəzər, 4,7 faizi Səbail, 0,3 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 55,9 faizi paytaxtda qeydə alınıb.

Son xəbərlər
Bütün xəbərlər »