Oktyabrın 17-də Gəncə terrorunun qurbanı olanlar arasında bir gənc ana da var-Qasımova Pərvin Nüsrəddin qızı.
26 yaşlı Pərvin 2 uşaq anasıdır. O dəhşətli gecəyə qədər Pərvin dünyanın ən xoşbəxt qadınlarından biriydi, əri, övladlarını sevgi dolu baxışlarla süzərdi. Amma daha görə bilməyəcək. Çünki, hər iki gözünü birdən itirib. Bu barədə sosial şəbəkədə tanınmış jurnalist Hacı Nuran məlumat verib. Pərvin yaşadığı faciədən üzgün olsa da, dağıntılar arasından sağ çıxdığına şükr edib, vətən sevgisiylə gözüm vətənə qurban da deməyi bacarıb:
"Gözüm Vətənə qurban olsun" deyir... "Mən balalarımı bəsirət gözümlə görər, ürəyimin gözü ilə sevərəm... Təki Vətən sağ olsun, oğullar şəhid olmasın" deyir.
İlhamə