Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşusunu bıçaqlayıb hadisə yerindən qaçan axtarılır
Bıcaqlama

Oktyabrın 20-də, saat 19 radələrində Şəmkir rayon sakini 1988-ci il təvəllüdlü Rəsulov Orxan Yusif oğluna bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizimyol.info xəbər verir ki,  Şəmkir rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 1991-ci il təvəllüdlü Əhmədov Fəxri Akif oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Orxan Rəsulovu qəsdən öldürməyə cəhd edərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən Fəxri Əhmədovun tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »