Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağ”ın direktoru: “Ev oyunlarımızı Türkiyədə keçirmək istəyirik”
Futbol

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində İspaniya təmsilçisi “Vilyarreal”la ev oyununu Türkiyədə keçirmək istəyir.

Bunu apasport.az saytına açıqlamasında Ağdam klubunun direktoru Əmrah Çəlikəl deyib.

Klub rəsmisi bildirib ki, UEFA-ya təqdim ediləcək siyahıda qardaş ölkənin də adı yer alacaq: “UEFA-nın açıqlamasında bildirilib ki, məkan seçimi zamanı bizim təklifimizə, alternativlərimizə baxılacaq. Ancaq qitə futbol qurumu hələ bizdən heç nə soruşmayıb. Son qərarı yenə UEFA verəcək. Əlbəttə, biz Türkiyədə oynamaq istərdik. UEFA-ya təqdim edəcəyimiz alternativlər arasında Türkiyə də var. Görək, hansı qərar çıxacaq”.

Çəlikəl əlavə edib ki, hazırda 3 ölkə neytral meydanda keçiriləcək oyunları qəbul etməyə razıdır. Bunlar Kipr, Macarıstan və Polşadır.

Qeyd edək ki, Dağlıq Qarabağda yaranmış vəziyyətlə əlaqədar olaraq Azərbaycan və Ermənistanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa qoyulub. Bu üzdən növbəti qərara qədər Azərbaycan yığması Millətlər Liqasında, “Qarabağ” isə Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarını neytral meydanda keçirəcək.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »