Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis general-mayoru vəfat etdi
Polis general-mayoru vəfat etdi

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski vəfat edib.

Oxu.az-ın əldə etdiyi məlumata görə, 59 yaşlı Emin Şəkinskinin səhhətində problemlər olub.

Şəkinski Emin Əkrəm oğlu 1960-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix, 1993-cü ildə hüquq fakültələrini bitirib.

2016-cı ilin iyunun 15-də o, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülüb.

O, 30 iyun 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Son xəbərlər
Bütün xəbərlər »