Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda gənci avtomobil vurub, sürücü hadisə yerindən uzaqlaşıb
Bakıda gənci avtomobil vurub, sürücü hadisə yerindən uzaqlaşıb

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Hadisə Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində baş verib.

1992-ci il təvəllüdlü Babayev Kamil Dəyanət oğlu piyada keçidindən keçib. Bu zamab onu yüksək sürətlə hərəkətdə olan naməlum avtomobil vurub və sürücü hadisə yerindən uzaqlaşıb.

Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib. Ona baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

Hazırda hadisəni törədən sürücünün axtarışı aparılır.(apa)

Son xəbərlər
Bütün xəbərlər »