Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliya mətbuatında Ermənistanın azərbaycanlı diplomatlara qarşı terror təhdidlərindən bəhs edən yazılar dərc olunub
İtaliya

İtaliyanın “Giornale Diplomatico”, “KmetroO”, “Politicamente Corretto” xəbər saytları və “Agenzia Nova” informasiya agentliyi “Ermənistan tərəfindən azərbaycanlı diplomatlara qarşı terror təhdidləri” başlığı altında son günlər sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə diplomatlarına qarşı həyati təhlükə xarakterli çağırışların yayılmasına dair məlumatlar dərc edib.

Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, məlumatlarda AR Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın açıqlaması əsasında bu addımın növbəti dəfə radikal erməni qüvvələrinin terrorçu xislətinin təzahürü olduğu bildirilir, bunun əyani sübutu kimi 12 iyul hadisələrindən sonra xarici ölkələrdəki radikal erməni qüvvələri tərəfindən yerli azərbaycanlı icma üzvlərinə, eləcə də diplomatlarımıza qarşı son dərəcə aqressiv əməllərin törədildiyi diqqətə çatdırılır.

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
››› Paşinyan Putini Yerevanda necə təhqir etdi
Son xəbərlər
Bütün xəbərlər »