Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 74 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 116 565 şübhəli koronavirus testindən keçib, onlardan 1894-nün cavabı pozitiv çıxıb, 1512 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1545 nəfər olub.

Türkiyədə ümumilikdə 351 413 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9445 nəfər ölüb.

Son xəbərlər
Bütün xəbərlər »