Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsində qadınları da əsgər aparmağa başlayırlar
Avropa ölkəsində qadınları da əsgər aparmağa başlayırlar

İsraildə, Şimali Koreyada qadınların da hərbi xidmət çəkdiyini bilirik. Bu sıraya daha bir ölkə qoşulub.

Bizimyol.info xəbər verir ki, Niderlandda qadınları da əsgər aparmağı başlayırlar. Ölkə parlamenti qanunvericilikdəki uyğun maddənin dəyişdirilməsini təsdiqləyib. 2003-cü il təvəllüdlü qızlara çağırış vərəqi göndərilməyə başlanılıb.

Niderlandda hərbi xidmət bir az fərqli formata keçib. İndiyə qədər kişilər əsgərliyə çağırılsa da, onlara silah verilmirdi. Sadəcə, müxtəlif təlimatlar keçirilirdi, müəyyən fiziki hazırlıq görülürdü. Soyuq müharibə dövründən sonra bu Avropa dövlətində bahalı ordu sistemindən imtina olundu. Peşəkar, muzdlulardan ibarət ordu formalaşdırmağa başladılar. Amma qanunvericilikdə yenə hərbi xidmətə çağırılmaq maddəsi qalıb.

Niderlandın keçmiş Müdafiə Naziri Janin Xennis-Plassxart hələ 2017-ci ildə yalnız kişilərin hərbi xidmətə çağırılmasına etiraz etmişdi. Siyasətçi bunun insan haqları prinsiplərinə zidd olduğunu bildirmişdi. Onda qadın nazir həmcinslərinin də hərbi xidmətə çağırılmalı olduğunu irəli sürmüşdü.

Niderlandın indiki Müdafiə Naziri Ann Biyleveld deyir ki, əslində, indi qadınların hərbi xidmətə çağırılmasına ehtiyac yoxdur. Sadəcə, gender bərabərliyi prinsipləri belə addımı zəruri edir. Buna görə də 100 min qadına çağırış vərəqi göndəriləcək.

Son xəbərlər
Bütün xəbərlər »