Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Yaponiyadakı Olimpiadaya hücum planının üstü açıldı
Rusiyanın Yaponiyadakı Olimpiadaya hücum planının üstü açıldı

Rusiyanın yayda Yaponiyada keçirilməsi nəzərdə tutulan Olimpiadaya zərbə vurmaq məqsədilə kiberhücum planlaşdırdığı iddia olunur. İddiaya görə, bu planı Rusiyanın hərbi kəşfiyyatı həyata keçirməliydi.

Bizimyol.info xəbər verir ki, bu məlumatı Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi yayıb. Planın üstü Böyük Britaniya və ABŞ-ın kəşfiyyat qurumlarının birgə əməliyyatı nəticəsində açılıb.

Böyük Britaniyanın “The Guardian” qəzeti bildirir ki, Rusiya bu planı işə salandan bir müddət sonra Olimpiada koronavirus səbəbindən təxirə salındı.

Rusiyalı idmançılar Yay Olimpiya Oyunlarında iştirak hüququndan məhrum edilmişdi. Səbəb isə dopinqlə bağlı qayda pozuntuları idi. İstisna olunmur ki, Rusiya məhz bu səbəbdən Olimpiadaya zərbə vurmaq istəyib.

Yaponiyanın hökumət təmsilçiləri bildirib ki, özləri də kiberhücum məlumatlarını araşdıracaqlar. Əgər təsdiqini tapsa, Moskvaya rəsmi etiraz göndəriləcək.

Son xəbərlər
Bütün xəbərlər »