Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gülər Əhmədovanın həbsdə olan oğlunun cəzası azaldıldı
Gülər Əhmədovanın həbsdə olan oğlunun cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsi keçmiş deputat Gülər Əhmədovanın həbsdə olan oğlu Toğrul Əhmədov haqqında hökmü dəyişib.

Məhkəmədən Bizimyol.info-ya bildirilib ki, 33 yaşlı T.Əhmədovun cəzası azaldılıb.

Toğrul Əhmədov Toğrul Əhmədov

T.Əhmədov bu ilin fevralından həbsdədir. Onun haqqında hökm iyulun 24-də Nərimanov rayon Məhkəməsində çıxarılıb. Hökmə əsasən, T.Əhmədov Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) maddəsilə təqsirli bilinərək, 2 il azadlıqdan məhrum edilib.

T.Əhmədovun vəkili hökmdən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi təxminən bir aylıq araşdırmalardan sonra hökmü dəyişib. Bu instansiyada da T.Əhmədov təqsirli bilinib, amma cəzası 2 ildən 1 il 6 aya endirilib.

Vaxtilə Maliyyə Nazirliyinin əməkdaşı olmuş T.Əhmədov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Nərimanov rayonu ərazisində saxlanılıb. Onun avtomobilindən tapança və partonlar tapılıb.

2000-ci ildən 2012-ci ilə qədər deputat olmuş Gülər Əhmədova özü də Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 307-ci (cinayəti bilib xəbər verməmə) maddələrilə 1 il 3 ay həbsdə olub. O, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin deputat olması üçün ondan 1 milyon almaqda ittiham edilirdi. Sabiq deputatla rektor arasındakı söhbətin videogörüntüsü yayılsa da, G.Əhmədova həmin kadrların montaj olduğunu iddia edirdi.

Son xəbərlər
Bütün xəbərlər »