Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto

Düşmənin xain hücumundan ən çox zərər görən yerlərdən biri Tərtərdir.

Rayonun təsərrüfatına, yaşayış evlərinə xeyli ziyan dəyib. Sakinlər artilleriya hücumundan həyatını sığınacaqlar sayəsində qurtarmağa çalışır.

Bizimyol.info xəbər verir ki, Fransanın məşhur “Frans-Press” informasiya agentliyi Tərtərdən reportaj hazırlayıb. Müxbir sığınacaqlara üz tutan sakinlərlə görüşüb. “Frans-Press”in əməkdaşı Dmitri Zaks Aydın Şahverdiyevlə söhbətdən yaxşı təəssüratla ayrılıb. Çünki rayon sakini hər imkandaca bostanına baş çəkir, məhsulun qayğısına qalır. Aydın Şahverdiyev əcnəbi müxbirə deyib ki, onun bostanındakı məhsullar koronavirusla mübarizədə ən yaxşı dərmandır.

Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Fotolar

54 yaşlı tərtərli Dmitri Zaksa balqabağı necə dilimləyərək şəkərlədiyini göstərib. Yerli adamlar bunu 10 gün saxlayandan sonra yeyir.

Məktəb direktoru Vəfadar Əliyev əcnəbi müxbirə deyib ki, pandemiyanı da unutmayıblar: “Koronavirusla döyüşlərin arasında yaşamağa çalışırıq”.

“Frans-Press”in əməkdaşı bildirib ki, yerli sakinlər indi pandemiya qaydalarına yetərincə əməl edə bilmirlər. Çünki hər şeydən əvvəl hücumdan qorunmaq lazımdır. Onun görüşdüyü sakinlərin əksərinin evi dağılıb. Onlar dağılmış evlərinə qalxaraq yemək qızdırmağa çalışırlar. Hücum şübhəsi olan kimi isə çarpayıların yan-yana düzüldüyü zirzəmiyə tələsirlər.

Rüstəm Əliyev Dmitri Zaksa zirzəmini təmiz saxlamağa çalışdıqlarını bildirib. Rəsul Əliyev isə deyib ki, indi onlar koronavirusdan çox, erməni mərmisindən ölməməyə çalışırlar.

Son xəbərlər
Bütün xəbərlər »