Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərişıq” ASC və KİVDF tərəfindən jurnalistlər üçün təşkil olunan yazı müsabiqəsinin qalibləri müəyyənləşdi
Azərişıq

Sahəvi jurnalistikanın inkişafının stimullaşdırılması məqsədi ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən müsabiqə çərçivəsində jurnalistlər üçün öncə 5 günlük təlim təşkil edildi.

Təlimlərdə jurnalistlər energetika sahəsinin xüsusiyyətləri və “Azərişıq” ASC-nin 5 illik fəaliyyəti ilə tanış oldu, onlara həyata keçirilən layihələr, mövcud yarımstansiyalar, tətbiq olunan innovativ yeniliklər, elektrik veriliş xətləri haqqında ətraflı məlumat verildi. Təlimlərin yekununda media nümayəndələri üçün Yarımstansiya muzeyi və Yeni Yaşma Külək Elektrik Parkına ekskursiyalar təşkil edildi. Sonra təlim iştirakçıları layihənin digər mərhələsinə - ““Azərişıq” ASC-nin 5 illik fəaliyyəti – inkişafın işıq surəti” mövzusunda yazı müsabiqəsinə qatıldı.

Müsabiqə mərhələsində yazıların qiymətləndirilməsi təşkilatçılar tərəfindən cəlb edilmiş müstəqil ekspertlər tərəfindən həyata keçirildi. Elan olunan mövzuda 3 (üç) əsas mükafatçı müəyyən edildi və müfakatlandırıldı.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
Son xəbərlər
Bütün xəbərlər »