Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azercell-dən koronavirusla savaşan tibb işçilərinə dəstək davam edir
Azercell

700-ə yaxın səhiyyə işçisinə daha 2 ay müddətində 50 azn hədiyyə balans yüklənəcək

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus infeksiyası (COVİD-19) ilə mübarizədə sosial məsuliyyət tədbirlərini davam etdirir. Şirkət COVID-19-la mübarizədə xalqımızın sağlamlıgının keşiyində dayanan 700-ə yaxın tibb işçisinin balansına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə daha 2 ay ərzində hədiyyə balans yükləyəcək. Bu dəfə yüklənəcək vəsait 50 azn təşkil edir. Həkimlərin siyahısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təqdim olunub. Hədiyyə olunan məbləğ müasir mobil rabitənin təmin etdiyi bütün xidmətlər (şəbəkədaxili/şəbəkəxarici/ölkəxarici zənglər, SMS, mobil internet) üçün istifadə oluna bilər.

Qeyd edək ki, Azercell COVID-19 pandemiyası ilə mübarizədə infeksiyanın yayıldığı ilk gündən etibarən həkimlərə dəstək olur. Şirkət tibb işçilərinin mobil telefon nömrələrinə mart ayında 50 azn, iyul, avqust, sentyabr ayları boyu hər ay 30 azn hədiyyə balans təqdim edib.

Xatırladaq ki, “Azercell Telekom” MMC COVID-19 pandemiyası müddətində vətəndaşlara həm telekommunikasiya dəstəyi göstərib, həm də korporativ sosial məsuliyyət strategiyası çərçivəsində bir çox layihə və xeyriyyə aksiyaları gerçəkləşdirib.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »