Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanla Azərbaycan Xarici İşlər nazirlərinin görüşü ilə bağlı politoloqdan açıqlama
Ermənistanla Azərbaycan Xarici İşlər nazirlərinin görüşü ilə bağlı politoloqdan açıqlama

“Moskvada Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü keçiriləndən sonra ABŞ da nazirlərin görüşünü təşkil etmək istədi. Rəsmi Vaşinqtonun Azərbaycana təsir etmək imkanları yoxdur”.

Bunu Bizimyol.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

Politoloq qeyd edib ki, Rəsmi Vaşinqtonun Azərbaycanı atəşkəsə, sülhə və ya danışıqların bərpa edilməsinə təsir etmək imkanları yoxdur: “ABŞ sadəcə Rusiyadan geri qalmamaq üçün bu görüş təşkil edildi. Guya Amerikanın da bölgədə maraqları var. Görüşdə sadəcə müzakirələ olacaq”.

E.Şahinoğlunun sözlərinə görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı hələ o mərhələdə deyilik ki sülhməramlı mövzusu müzakirə olunsun: “Bu, ermənilərin maraqlarına xidmət edir. Sülhməramlılar Rusiyadan olmamalıdır. Neytral dövlətlər olmalıdır. Rusiya olacaqsa, Türkiyə də olmalıdır”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »