Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TBMM Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncədədir
TBMM Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncədədir

Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncədə səfərdədir.

APA-nın yerli bürosunun məlumatına görə, səfərin məqsədi cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış olmaqdır.

Nümayəndə heyətinin üzvləri hadisə baş verən əraziyə baş çəkib, sakinlərlə görüşüblər.

M. Şentopa Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətlər barədə məlumat verilib.

Son xəbərlər
Bütün xəbərlər »