Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin Ali Təhsil Şurası azərbaycanlı həkimlərlə bağlı universitetlərə müraciət etdi
Türkiyənin Ali Təhsil Şurası azərbaycanlı həkimlərlə bağlı universitetlərə müraciət etdi

Türkiyənin Ali Təhsil Şurası ali təhsil müəssisələrinə müraciət edərək Ermənistanın hücumları səbəbindən tibbi yardım göstərmək üçün ölkəsinə müvəqqəti qayıtmaq istəyən azərbaycanlı həkimlərə qanunvericiliyə uyğun olaraq lazımi icazələrin verilməsini xahiş edib.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ali Təhsil Şurası azərbaycanlı həkimlərin çalışdığı 14 universitetin rektoruna məktub göndərib.

Qeyd edilib ki, azərbaycanlı həkimlər Ermənistanın Azərbaycana hücumu səbəbindən ölkəsinə yardım göstərmək üçün müraciətlər ediblər. Ali Təhsil Şurasının məktubunda azərbaycanlı həkimlərin müraciətlərinə baxılması və köməklik göstərilməsi xahiş edilib.

Son xəbərlər
Bütün xəbərlər »