Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Kaliforniya Azərbaycan Mədəniyyətinin mərkəzinin təşkilatçılığı ilə avtoyürüş keçirilmişdir
Şimali Kaliforniya Azərbaycan Mədəniyyətinin mərkəzinin təşkilatçılığı ilə avtoyürüş keçirilmişdir

ABŞ-ın Kalifornia ştatında Şimali Kaliforniya Azərbaycan Mədəniyyətinin mərkəzinin (www.acsnc.org) təşkilatçılığı ilə işğal olunmuş ərazilərin azad olunmasına dəstək məqsədilə avtoyürüş keçirilib.

Şimali Kaliforniya Azərbaycan Mədəniyyətinin prezidenti Həmid Azəri tədbirin təşkilatçıla açıqlama verib:

“Bu gün, oktyabr ayının 18-i Şimali Kaliforniya Azərbaycan Mədəniyyətinin mərkəzinin Los-Qatos şəhərində yerləşən ofisinin qarşısında yığışmağımızın əsəs səbəbi Azərbaycanın işğal olunmuş ərazilərin azad olunmasına dəstək və mülki vətəndaşların Gəncə, Fizuli və Azərbaycanın digər şəhərlərində qətlə yetirilməsi haqqında məlumatların amerika ictimaiyyətinə çatdırılması məqsədilə avtoyürüş keçiritməkdir."

Avto yürüş Los Qatis şəhərindən başlayaraq, Silikon Vadisi və San Fransisko kimi şəhərləri əhatə edib. Azərbaycanlılar Avto yürüşə təxminən 200 avtomobil ilə qoşulublar və avtomobillərin üzəri Azərbaycan bayraqları, “KarabakhİsAzerbaijan”, “StopArmenianAgression” və s. müxtəlif şüarlar və stikerlərlə bəzədilib.

Şimali Kaliforniya Azərbaycan Mədəniyyətinin mərkəzini artıq 40 ildir ki Kaliforniyada fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi azərbaycan mədəniyyətini, tarixini və Qarabağ konflikti haqqında məlumatları Kaliforniaya əhalisiniə çatdırmaq və təbliğ eləməkdir. Buna oxşar avto yürüş 2020-ci il May ayında Azərbaycanın müstəqilliyi günüdə keçirilib.

Avto yürüş keçirməklə yanaşı Şimali Kaliforniya Azərbaycan Mədəniyyət mərkəzi yerli konqress üzvləri, ictimai fəallar və xəbər agentlikləri ilə təmasad olub Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatları onlara çatdırır.

Təşkilat tərəfindən Amerika mediyasına verilən müsahibələr:

https://www.nbcbayarea.com/news/local/south-bay/foreign-conflict-creates-tension-in-bay-area-armenian-and-azerbaijani-communities/2375065/

https://www.youtube.com/watch?v=utcjzaYj4-U

https://www.ktvu.com/video/857110

https://www.ktvu.com/news/sf-armenian-school-vandalized-investigated-as-hate-crime

Son xəbərlər
Bütün xəbərlər »