Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərişıq” ASC və Təhsil Nazirliyi rəsm müsabiqəsinin qaliblərini mükafatlandırıblar
“Azərişıq” ASC  və Təhsil Nazirliyi rəsm müsabiqəsinin qaliblərini mükafatlandırıblar

“Azərişıq” ASC və Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərişıq” ASC-nin 5 illiyinə həsr olunmuş "İşıqlı Azərbaycan" respublika rəsm müsabiqəsinin qaliblərinin (16.10.2020-ci il tarixində) mükafatlandırılma mərasimi keçirilib.

Respublika rəsm müsəbiqəsi Bakı şəhərində və respublikamızın regionlarında fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvləri arasında 2 mərhələdən ibarət olmaqla 3 yaş qrupu (6-9, 10-13,14-18) üzrə keçirilib. Müsabiqəyə ölkə üzrə 52 Uşaq-Gənclər İnkişaf Mərkəzlərindən 200-dən artıq rəsm əsərləri göndərilmişdir.

Müsabiqə ölkəmizi dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edən “Azərişıq” ASC-nin fəaliyyətində vətəndaş məmnunluğunu ifadə etmək, elektrik enerjisinin israfçılığının qarşısını almaq, elektrik enerjisinə qənaət etmək, dünyada koronavirus infeksiyasının yaratdığı pandemiya ilə əlaqədar ev şəraitində uşaq və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların yaradıcılıq qabiliyyətlərini üzə çıxartmaq, izolyasiya müddətində qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsini təmin etmək məqsədi ilə keçirilib.

Münsiflər heyəti tərəfindən seçilən qaliblər “Azərişıq” ASC tərəfindən müvafiq diplom, təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıb.

Son xəbərlər
Bütün xəbərlər »