Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Zəfərə qədər Azərbaycanın yanında olacağıq"
Mustafa Şentop

“İkili standartlardan uzaq, bütün insanların bərabərliyinə dayanan dünyanın qurulması lazımdır”.

Bizimyol.info xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycanı zəfərədək dəstəkləyəcək:

“Ancaq bilsinlər ki, nə Azərbaycan 30 il əvvəlki Azərbaycandır, nə Türkiyə, nə də dünya 30 il öncəki dünyadır. Biz birlikdə səsimizin nə qədər gur olduğunu dünyaya bəyan edəcəyik. Biz hər zaman haqdan, həqiqətdən, sülhdən yanayıq. Biz Azərbaycanı dəstəkləyəcəyik. Biz zəfərə qədər Azərbaycan necə istəyirsə, o cür də Azərbaycanın yanında olacağıq. Üçrəngli bayraq Qarabağda dalğalanacaq. Qarabağ Azərbaycandır!”

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »