Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı

Ermənistanın baş naziri Nikol Paşinyan "Avropa bunu yaxşı bilməlidir, Türkiyəni şimal şərqə və cənub şərqə qarşı irəliləməsini durduran tək maneə Ermənistandır" cümləsiylə böyük bir planın iç üzünü açıb töküb.

Burda şimal-şərq Ermənistan özüdür, bəs cənub-şərq?

Türk politoloq və yazar İbrahim Karagülün fikrinə görə, ABŞ, ərəb dövlətləri, İran və Avropa ölkələrinin Türkiyəyə yönəlik gizli hesablarının açarı məhz bu cümlədə gizlənib.

İbrahim Karagül İbrahim Karagül

Türkiyənin şimal-şərqində yerləşən Azərbaycan əraziləri işğal altındadır və bu Türkiyə ilə Azərbaycanın qurudakı əlaqələrini kəsən əngəldir.Cənub Şərq dedikdə Paşinyan İraq və Suriyanın şimalını , Türkiyə sərhədlərini nəzərdə tutur.

Birincisində Türkiyə ilə türk dünyası arasındakı quru bağlantsı kəsilir, Türkiyənin şərq qapısı bağlanmış olur, ikincisində Türkiyə cənubdan əhatə olunur, müsəlman ərəb dünyası ilə quru əlaqəsi kəsilir, Türkiyə üçün cənub qapısı bağlanır.

Bu məsələnin üçüncü bir tərəfi Şərqi Ağdəniz və Egedən qərb qapılarını bağlamaq planlarıdır. Bu regionda Türkiyəyə qarşı cəbhələr artıq qurulub. Cənubdan və Şərqdən Türkiyəni əhatəyə almaq planları çökmüşdür. Qərbdə də çökəcək.

Türkiyə Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə yardım edərək öz şərq qapısını da açıq tutmağa çalışır. Şərqdən mühasirəni yarmağa cəhd edir.

Şərqi Ağdənizdə qurulan bütün cəbhələrə meydan oxuyaraq təbii qaz ortaqlığına qarşı öz qaz mənbəyi uğrunda mübarizə apardı və Ağ dənizdə bir güncə sıxışdırılmaq planlarını puç etdi.

Paşinyan tək cümlə ilə baxın hansı planları açığa verdi. Türkiyə 3 qapını da açıq tutmağa, onu Anadolu içində boğmağa çalışanlara meydan oxumağa, bu çöküş planlarını çökdürməyə, Türkiyəni dayandırmaq planlarını təsirsiz hala gətirməyə çalışır.

Paşinyan bir cümlə ilə Azərbaycan torpaqlarının hansı plan daxilində işğal edildiyini, Ermənistanla PKK və YPG ortaqlığını, İran və Rusiyanın türk dünyasını bölmə planlarını, İran sərhəddindən Ağ dənizə uzadılan terror koridorunun xəritsinin ABŞ və Avropa tərəfindən hansı səbəblə yaradılmasını, Ağ dəniz və Egedə gərginliyin nə məqsədə xidmət etdiyini özü də bilmədən açıqlamış oldu. O əslində bu cümləylə ABŞ və Avropaya bunu dedi: "Hər yerdə Türkiyəni vurduq, bəs bizə söz vermişdiniz, nəticələr hanı, bizi niyə tək qoyursunuz?"

Bu planların hamısı Türkiyənin XXI əsrini girov götürməyə hesablanmışdı. Biz qərblə savaşarkən, onlar şərqdən bizi vurmağa çalışdı. Yüz illərdir bu belə oldu.

Ermənistanla Azərbaycan arasındakı gərginlik əslində Rusiya-İran planıdır.Bu bir xəritə çalışmasıdır. Türk dünyasının coğrafiyasını ikiyə bölmək planıdır.

Amma çətin olan xəritə dəyişdirməkdir bizim öz xəritəmiz var. Mübarizələrin getdiyi bu dünyada kim birinci tərpənsə, qalib də o olacaq.

Böyük fırtına Qərbdən yaxınlaşır. Türkiyə bir geopolitik gerginlikdir. Önlənə bilməz, durdurula bilməz",- deyə o bildirib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »