Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan yenə parlamentdənkənar qüvvələrin nümayəndələri ilə görüşdü
Paşinyan yenə parlamentdənkənar qüvvələrin nümayəndələri ilə görüşdü

Nikol Paşinyan hökumət binasında parlamentdənkənar qüvvələrin nümayəndələri ilə görüş keçirib.

Virtualaz.org “Sputnik Armeniya”ya istinadən bildirir ki, görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunub. Görüşdə iştirak edən müxalifətçilər müzakirənin detallarını açıqlamaqdan imtina ediblər.

Binanı ilk tərk edən Ermənistan Respublika Partiyası icra orqanının üzvü Eduard Şarmazanov olub. O təsdiq edib ki, görüşdə Qarabağdakı vəziyyət müzakirə edilib.

"Görüş qapalı idi və detalları bildirmək səlahiyyətinə malik deyiləm. Əgər hökumət lazım bilsə, izahat verəcək", — deyə o əlavə edib.

Onun ardınca binadan Ermənistan Xalq Partiyasının sədri Stepan Dəmirçyan çıxıb və o da suallara cavab verməkdən imtina edib.

Qeyd edək ki, bu, baş nazirin parlamentdənkənar müxalifət nümayəndələri ilə ikinci görüşüdür.

Son xəbərlər
Bütün xəbərlər »