Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna İrana təzminat ödətdirir
Ukrayna İrana təzminat ödətdirir

İranla Ukrayna arasında 9 aydan çoxdur gərginlik davam edir. İslam dövlətinin Kiyevə uçan təyyarəni səhvən vurması böyük qalmaqala səbəb olmuşdu.

Bizimyol.info xəbər verir ki, qarşıdurma yoluna düşmək üzrədir. Ukrayna İrana təzminat ödətdirməyə hazırlaşır. Bu ölkənin Xarici işlər nazirinin müavini Yevgeni Yenin bu haqda danışıb. Onun sözlərinə görə, İran təzminat ödəməyə hazırdır.

Yenin oktyabrın 19-da iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb. Görüşdə təzminat məsələsi geniş müzakirə olunub. Yeninin sözlərinə görə, İran məsuliyyəti tam üzərinə götürür: “Bütün qurbanların yaxınlarına eyni miqdarda vəsait veriləcək”.

Ukrayna Xarici işlər nazirinin müavini deyib ki, hadisənin obyektiv araşdırılmasına ehtiyac var. Tehran hələ də bütün materiallara nəzər yetirməyə şərait yaratmayıb.

Hadisə 2020-ci il yanvarın 8-də baş vermişdi. Tehrandan havaya qalxan “Boeing” bir az sonra vurulmuşdu. Əksəri Ukrayna vətəndaşı olmaqla 167 sərnişin, 10 ekipaj üzvü həyatını itirmişdi.

Son xəbərlər
Bütün xəbərlər »