Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusla adi qripin fərqi
Koronavirusla adi qripin fərqi

Yapon elm adamlarının “Clinical Infectious Diseases” jurnalında dərc olunan araşdırmasına görə, koronavirus fəallığını gözləniləndən də artıq saxlayır. Bu virus dəridə qripdən 5 dəfə çox yaşayır.

Bizimyol.info xəbər verir ki, yapon elm adamları əlləri tez-tez yumağın faydasını xüsusi qabardırlar. Çünki onların araşdırması koronavirusun dəridə 9 saat qalmasından söz açır. Bu isə qriplə müqayisədə 5 dəfə çoxdur.

Araşdırmada qeyd olunub ki, təmasın təhlükəli olması fikri qüvvəsində qalır. Qripin yayılması bu qədər sürətli deyil.

Fransanın “Le Fiqaro” nəşrinin hazırladığı yazıda da bundan danışılır: “Yapon alimləri ölümdən təxminən bir gün sonra yarılma zamanı alınan dəri nümunələrini araşdırıblar. Həm koronavirus, həm də qrip virusu əl təmizləyicilərində istifadə olunan etanol tətbiq ediləndə 15 saniyə ərzində təsirsiz hala gətirilir”.

Araşdırmanın verdiyi ümumi mesaj budur ki, əllərimizi daha çox və təmiz yumalıyıq.

Son xəbərlər
Bütün xəbərlər »