Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantin uşaqlara necə təsir edir...
Karantin uşaqlara necə təsir edir...

Pandemiya planetdə yaşayanların böyük hissəsini 2020-ci ilin əksər dövründə karantin rejiminə uymağa məcbur etdi.

Böyüklər virusdan tam qorunmaq yollarını axtarır. Amma bəzən uşaqları unuduruq. Karantin uşaqlara necə təsir edir?

Bizimyol.info xəbər verir ki, Çexiyanın “Lidovky” gündəlik qəzeti bu haqda yazı hazırlayıb. Materialda karantin rejiminin uşaqlara necə təsir göstərməsindən söz açılıb. Ümumi fikir belədir ki, məhdudlaşdırma qaydaları kiçiklərin yalnız zərərinə işləyir. Uşaqlar özünə qapanır, sosial fobiyalardan əziyyət çəkirlər.

Yazının müəllifi bir ailə ilə bağlı müşahidələrini qeyd edib. Ailənin 4 yaşlı üzvü hələ yayda stress keçirirmiş. O, hər dəfə harasa toxunanda əlini necə tez yumaq haqda düşünürmüş. Proses qızcığazın əsəblərini əməlli-başlı korlayıb. Tezliklə uşaq hər şeydən ehtiyat etməyə başlayıb.

Müəllifin fikrinə görə, çoxuşaqlı ailələrdə böyüyənlər təcrid mərhələsini daha asan aşıb. Çünki ətrafında oynamağa, vaxt keçirməyə həmişə kimisə tapa bilib. Təkuşaqlı ailələrdə vəziyyət xeyli ağır olub.

Məhdudlaşdırma tədbirləri uşaqların texnoloji vasitələrdən asılılığını da artırıb. Kiçiklər saatlarla kompüter qarşısında əyləşməyə başlayıb. İnternetdən asılılıq təhlükəli həddə çatıb.

Təhsil sistemi pandemiya günlərində çox sarsılıb. Distant təhsil lazımi effekt vermir. Hadisələr çox pis istiqamət alır.

“Lidovky” nəşrinin materialı karantin rejiminin uşaqlara pis təsir etməsi fikrinin yanında dayanır. Məhdudlaşdırma tədbirlərinin təkcə uşaqlar üçün tez bitməsini arzulamağa dəyər.

Son xəbərlər
Bütün xəbərlər »