Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilən təcavüz beynəlxalq ictimaiyyət tərəfindən pislənilir
Gəncəyə raket hücumu, 17 oktyabr

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin və infrastrukturların, o cümlədən münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonların atəşə tutulması, Gəncə şəhərinə edilən raket zərbələrini pisləyir.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən Bizimyol.info-ya verilən məlumata görə, Pakistan Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Talha Mahmud öz Twitter səhifəsində yazıb ki, Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərinin və digər yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması və açıq aydın təcavüzü qəti şəkildə qınanılmalıdır. O vurğulayıb ki, uzun müddətdir davam edən münaqişə ölkələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipi əsasında dərhal həll edilməlidir.

Avropa İttifaqının xarici xidmətinin rəsmi nümayəndəliyinin veb-səhifəsində isə bildirilir ki, Avropa İttifaqı Azərbaycanın Gəncə şəhərinə qarşı həyata keçirilmiş, mülki insanların həlak olması və yaralanması ilə nəticələnmiş hücumu pisləyir. Qeyd olunur ki, mülki şəxslərin və obyektlərin hədəfə alınmasına son qoyulmalıdır.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »