Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentin köməkçisi: “Gəncədəki son terror aktından sonra ermənilərin böyük sayda şəxsi heyəti və hərbi texnikası sıradan çıxarıldı"
Hikmət Hacıyev

“Biz baş verənlərlə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmağa çalışırıq. Amma Azərbaycan Respublikası ilk növbədə öz gücünə güvənən bir dövlətdir. Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında Ermənistan ordusuna layiqli cavab verir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gəncədə törədilmiş son terror aktından sonra Azərbaycan Silahlı Qüvvələri çox peşəkarlıqla və dəqiqliklə Ermənistan ordusunun böyük sayda şəxsi heyətini və hərbi texnikasını sıradan çıxardı: “Biz öz sözümüzü döyüş meydanında deyirik. Bu da cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanla Ermənistan arasında olan əsas fərqi göstərir. Azərbaycan kimliyindən asılı olmayaraq, mülki insanlarla savaş aparmır”.

H. Hacıyev qeyd edib ki, beynəlxalq təşkilatlara aidiyyəti məlumatlar çatdırılır: “Gəncədə baş verənlər Avropa İttifaqı tərəfindən qınanıb, onlar başsağlığı verdilər. Biz bunu təqdir edirik. Həmçinin Azərbaycanda fəaliyyət göstərən səfirlər hadisə yerinə səfər etdilər. Biz bu addımı Azərbaycan xalqı ilə həmrəylik kimi qiymətləndiririk. BMT-nin baş katibi açıqlama verdi. Lakin biz ilk növbədə özümüzə güvənirik. Azərbaycanın işi haqq işidir, beynəlxalq hüquqa əsaslanır. Azərbaycan BMT-nin nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququndan çıxış edərək işğalçı, təcavüzkar dövlətə qarşı zəruri tədbirlər görür”.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
Son xəbərlər
Bütün xəbərlər »