Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşçilərin maaşının verilməməsi iddiasına “Akkord”dan cavab
Manat - Maaş

Vətəndaş Nadirov Zahid Fərman oğlu 1 ilə yaxın müddətdə əmək müqaviləsilə işlədiyi “Akkord Nəqliyyat” MMC-dən əmək haqqısını ala bilmədiyini iddia edib.

Bizimyol.info-ya müraciət edən Z.Nadirov bildirib ki, mühafizə xidmətinin əməkdaşı olaraq 4 ay maaş ala bilmədiyi üçün ərizə yazaraq işdən çıxıb: “Əmək müqaviləsinə xitam verildiyi an şirkət qanunauyğun olaraq son ayların maaşını və illik məzuniyyət pulunu hesablayıb verməli idi. Deyim ki bu vəziyyətlə təkcə mən üzləşməmişəm. Mühafizə xidmətinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi dövründə əmək haqqı ala bilməyib”.

Məsələ ilə bağlı olaraq “Akkord Nəqliyyat” MMC-nin insan resursları üzrə böyük mütəxəssisi Leyla Yəhyazadə iddianı qismən təsdiq edib: “Nadirov Zahid Fərman oğlu oktyabrın 13-də işdən azad olunub. Bu gün, oktyabrın 19-da isə əmək haqqısı tam ödənilib. Əmək haqqı kartını yoxlaya bilər. Bu barədə özünə zəng edilərək məlumat verilib. Məlum vəziyyətlə bağlı gecikmə olub, amma çox olmayıb”.

Ramid İbrahimov

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
Son xəbərlər
Bütün xəbərlər »