Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş Prokurorluq: Tərtərdə "Pambıq emalı zavodu”na top mərmisi düşüb
Baş Prokurorluq: Tərtərdə "Pambıq emalı zavodu”na top mərmisi düşüb

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalini, mülki infrastruktur obyektlərini ağır artileriya və raket atəşinə tutmaqda davam edir.

Bizimyol.info xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 19.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulmuşdur.

Bu gün saat 16 radələrində rayonun Azadqaraqoyunlu kəndi ərazisinə top mərmisi düşməsi nəticəsində “Pambıq emalı zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətin Tərtər filialında yanğın baş vermişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən yanğın zamanı hər hansı şəxsin (şəxslərin) xəsarət alıb-almamasını müəyyən etmək məqsədilə mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

İcimaiyyətə əlavə məlumat veriləcəkdir.

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »