Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda PKK döyüşçüləri və İraqdan gətirilən mərmilər
Minaattan mətmisi

Azərbaycan Ordusunun sürətli uğurlu hücumu Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdəki mövqelərini tərk etməyə və qaçmağa məcbur edir. Geri çəkilmə nəticəsində Ermənistan ordusu Azərbaycan Ordusunun qənimətinə çevrilən silah-sursat və texnikasını tərk etməyə səbəb olub.

Bundan əvvəl, dəfələrlə Azərbaycan Müdafiə Nazirliyi ermənilərdən ələ keçirilmiş qənimətlərin, o cümlədən tankların, ağır texnikaların, silahların və saysız-hesabsız döyüş sursatlarının videogörüntülərini yayıb.

Virtualaz.org Ermənistan hərbçiləri tərəfindən tərk edilmiş 82 mm-lik minaatan üçün mərmi qutularının fotolarını əldə edib. Minaatan mərmilərin Bağdadda istehsal olunması diqqət çəkir, bu da Ermənistanın İraqdan silah almasının bir daha sübutudur.

Bundan öncə,  Süleymaniyyədən (İraq Kürdüstanı) Yerevana müntəzəm uçuşların həyata keçirildiyini, üzərində PKK / YPG terror təşkilatlarının döyüşçülərin və silahların çatdırıldığı barədə saytda yazılıb.

Silah və canlı qüvvə təchizatı üçün Ermənistanın mülki təyyarələri və dövlət təyyarələri cəlb olunub. Bu da Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) qaydalarını ciddi şəkildə pozur.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
Son xəbərlər
Bütün xəbərlər »