Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özbəkistanın parlamet sədri Sahibə Qafarovaya məktub göndərib
Sahibə Qafarova

Özbəkistan parlamentinin sədri Ermənistan tərəfindən Gəncə şəhərinin artilleriya atəşinə tutulması ilə bağlı narahatlığını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub.

Özbəkistan Ali Məclisinin sədri Nurdinjon İsmailov Milli Məclisin sədri Sahibə Qafarovaya məktub ünvanlayıb. Məktubda o dost ölkə olaraq Özbəkistanın Dağlıq Qarabağ ətrafında silahlı münaqişə və azərbaycanlı mülki şəxslərin öldürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. O, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

Məktubda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Özbəkistan Respublikasının prinsipial mövqeyi bir daha diqqətə çatdırılaraq bildirilib ki, münaqişə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunması şərti ilə həll olunmalıdır.

Özbəkistan parlamentinin sədri gələcəkdə ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »