Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncə İH erməni terroru nəticəsində şəhərə dəymiş ziyanı açıqladı
Gəncə

Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribat nəticəsində Gəncə şəhərində 25 dinc sakin həlak olub.

Bu barədə  Gəncə şəhər İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, 4 oktyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən davamlı raket atəşinə tutulur. 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan Silahlı Qüvvələri daha bir terror törədiblər. Belə ki, hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə, Ermənistan ərazisindən “Skad-B” Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb. Oktyabrın 4 və 11-də baş verən erməni terroru nəticəsində 11 mülki şəxs həlak olub, 70-dən çox dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 7 yaşayış binası tamamilə dağılıb, Grand-Qafqaz Ticarət Kompleksinə və 100-lərlə obyektə ciddi ziyan dəyib.

Beləliklə, Ermənistanın Gəncəyə teror aktı nəticəsində 3 uşaq hər iki valideynini itirib. Gəncədə olan ölkə və yerli əhəmiyyətli tarixi abidələrə, dini məbədlərə, mədəniyyət obyektlərinə, habelə təhsil müəssisələrinə ciddi ziyan dəyib. Belə ki,1887-ci ildə inşa edilmiş Aleksandr Nevski Rus Pravoslav Kilsəsi, XIV əsrin “İmamzadə” Dini-Memarlıq Abidə Kompleksi, vaxtı ilə “Kişi gimnaziyası” kimi fəaliyyət göstərən, hazırda isə Azərbaycan Dövlət Aqrar Universitetinin istifadəsində olan yerli əhəmiyyətli tarixi abidə və Nizami kinoteatrı zərər görüb. 5 məktəb və 6 Körpələr evi-uşaq bağçası, həmçinin Gəncə Musiqi Kollecinin binasına ciddi ziyan dəyib.

17.10.2020-ci il tarixində saat 01:00 radələrində Gəncə Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket atəşinə tutulub. ANAMA-nın məlumatına əsasən Gəncəyə atılan SKAD/Elbrus əməliyyat-taktik ballistik raketləri olub. Ermənistan hərbi-siyasi rəhbərliyinin törətdiyi növbəti terror nəticəsində aralarında uşaqlar da olmaqla 14 dinc sakin vəfat edib, 55 mülki şəxs yaralanıb. Əldə olan məlumatlara görə 20 ev tamamilə dağılıb, ətrafda olan bir çox bina, obyekt, o cümlədən 4 uşaq bağçası-körpələr evi, 1 məktəb və 1 uşaq poliklinikası zərər görüb.

Ümumilikdə, 4 oktyabr 2020-ci il tarixindən indiyədək 25 mülki şəxs həlak olub, 100-dən çox dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.(trend)

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
Son xəbərlər
Bütün xəbərlər »