Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda koronavirusdan gündəlik ölüm sayı rekord vurdu

İranda pandemiya başlayandan bəri ilk dəfə bir gündə 300-dən çox koronavirus xəstəsi ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib.

IRINN telekanalının efirində o, son sutkada 4 251 yeni yoluxma hadisəsinin aşkarlandığını, 337 nəfərin öldüyünü qeyd edib.

Bundan öncə koronavirus qurbanlarının əvvəlki gündəlik maksimum sayı 279 idi.

Bununla da ölkədə koronavirus infeksiyasının aşkarlandığı 19 fevral tarixindən bəri yoluxmuş insanların ümumi sayı 534 631 nəfərə, COVID-19 qurbanlarının sayı isə 30 712 nəfərə çatıb. 431 360 nəfər virusdan sağalıb.

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
››› "Ata Abdullayevin anası örpəyini ayağımın altına atdı"
Son xəbərlər
Bütün xəbərlər »