Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistanla hər hansı müqaviləyə o zaman razı olmaq mümkündür” - Hərbi ekspert
Erməni uşaqları döyüşə aparılır

Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, habelə humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoymağa davam edir.

Son günlərdə isə sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə diplomatlarına qarşı həyati təhlükə xarakterli çağırışların geniş yayıldığı müşahidə edilir. 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunun işğalı prosesində Ermənistan tərəfindən ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə edib.

Hərbi ekspert Vahid Quliyev Bizimyol.info-ya bildirib ki, Azərbaycan ərazisi işğaldan tam azad olunmayana kimi Ermənistanla hər hansı müqavilənin bağlanmasının tərəfdarı deyil.

Vahid Quliyev - Milli Qəhrəman Vahid Quliyev

“Ermənistanın atəşkəs müqaviləsi məkirlidir. Ermənistan bununla yalnız vaxt qazanıb silah yığmaq və qoşunlarını qruplaşdırmaqla Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqları yenidən işğal etmək məqsədini güdür. O səbəbdən Ermənistana inanmaq mümkün deyil. Azərbaycan Ordusunun Ermənistanla sərhəddə kimi işğal edilmiş torpaqları azad etməyənə qədər Ermənistanla hər hansı sazişə, müqaviləyə getmək düzgün deyil. Ermənistan dəfələrlə öz etibarını itirib. Birinci dəfə humanitar atəşkəslə bağlı razılaşmadan dərhal sonra Ermənistan Gəncədə terror törətdi. Növbəti humanitar atəşkəs razılaşmasından sonra da Gəncədə terror törətdi, Tərtər və digər rayonlarda yaşayış məntəqələrinə top mərmiləri atdı. Ermənistan cəbhəyani ərazilərimizi sistemli olaraq atəş altında saxlayır.

Ermənistanla hər hansı müqaviləyə o zaman razı olmaq mümkündür ki, ərazilərimiz işğaldan tam azad edilsin və sərhədlərimizi bərkidib sərhədçilərimiz dövlət sərhədində yerləşdirək”.

Ramid İbrahimov

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
Son xəbərlər
Bütün xəbərlər »