Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Böyük Millət Məclisinin Şəhidlər xiyabanını və Fəxri xiyabanı ziyarət edib
Mustafa Şentop

Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop oktyabrın 19-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Bizimyol.info xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Türkiyə Böyük Millət Məclisinin Şəhidlər xiyabanını və Fəxri xiyabanı ziyarət edib

Mustafa Şentop görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını da ziyarət edib.

Sonra Şəhidlər xiyabanına gələn qonaq ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Türkiyə Böyük Millət Məclisinin Şəhidlər xiyabanını və Fəxri xiyabanı ziyarət edib

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Mustafa Şentopa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Türkiyə parlamentinin sədri, həmçinin Şəhidlər xiyabanında qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub.

Türkiyə Böyük Millət Məclisinin Şəhidlər xiyabanını və Fəxri xiyabanı ziyarət edib

Şəhidlik kitabəsinin üstünə gül dəstələri düzən Mustafa Şentop xatirə kitabına ürək sözlərini yazıb.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »