Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin hər yerində Azərbaycana dəstək aksiyaları
Azərbaycanın Türkiyədəki səfirliyi qarşısında aksiya keçirlib

Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızı azad etmək üçün Qarabağda döyüş əməliyyatları başladığı gündən indiyədək qardaş Türkiyənin hər bir bölgəsindən ölkəmizə dəstək aksiyaları keçirilir.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dənizli Şəhər Bələdiyyə Şurası Ermənistanın Azərbaycana hücumunu pisləyib.

Bələdiyyə sədri Osman Zolan bildirib ki, illər əvvəl şəhərdəki parkların birinə “Azərbaycan-Qarabağ” adı verilib və orada Xocalı Soyqırımı ilə bağlı abidə tikilib.

“Qardaşlığımızın möhkəmlənməsi mənasında eyni ruhla Azərbaycanın yanındayıq, bir yerdəyik, onlar üçün dua edirik”.

Birləşmiş Millətlər Təşkilatının və qərb dövlətlərinin Qarabağın işğalına göz yumduğunu deyən Zolan, işğalı izləyən dövlətləri tənqid edib.

Çanqırı vilayətində isə Azərbaycana dəstək məqsədilə idman yarışı keçirilib. Çanqırı 18 ötürücü velosiped və təbiət idman klubu və Gənclik İdman Şəhər Müdirliyi tərəfindən təşkil edilən tədbirdə Ermənistanın hücumu, mülkü şəxslərə qarşı həyata keçirilən terror tənqid edilib. Şiddətli yağış altında yarışa qatılanlar Türkiyənin və Azərbaycanın bayraqlarını qaldırıblar. Tədbirə yerli sakinlər də qatılıblar. Onlar Azərbaycanı dəstəkləyən şüarlar səsləndiriblər.

Samsundakı İLKEM tədris və təhsil mərkəzində şagirdlər Azərbaycanı dəstəkləmək məqsədilə tədbir təşkil ediblər. “Bir millət, iki dövlət” sözləri ilə başlayan tədbirdə şəhidlər yad edilib, Azərbaycanın himni səsləndirilib. Daha sonra Azərbaycana edilən hücumlarla bağlı ətraflı məlumatar verilib, ölkəmizlə barədə şeirlər söylənilib.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
Son xəbərlər
Bütün xəbərlər »