Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əgər orduya kömək etmək istəyirsinizsə,..” - Hərbi ekspertdən çağırış
“Əgər orduya kömək etmək istəyirsinizsə,..” - Hərbi ekspertdən çağırış

“Əgər orduya kömək etməyi düşünürsünüzsə və əlinizdən başqa şey gəlmirsə, ancaq rəsmi məlumatlar paylaşın. Bununla da siz orduya yardım etmiş olursunuz”.

Bunu Bizimyol.info-ya açıqlamasında ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı Şair Ramaldanov bildirib.

Şair Ramaldanov Şair Ramaldanov

Hərbi ekspert qeyd edib ki, dövlət həbriçiləri təhlüksizliyi üçün internetə məhdudiyyət qoyub: “Sosial şəbəkələrə qadağa qoyulub. Yaxşı, hansısa yollarla sosial şəbəkələrə çıxış əldə etmisiniz, burada mülki işlərlə və şəxsi məsələlərlə bağlı məlumat paylaşın. Hərbi ilə bağlı heç bir məlumat paylaşmayın. Paylaşanlar bilsinlər ki düşmənin dərmanına bilərəkdən, ya da bilməyərəkdən su tökürlər. Çox ehtiyatlı olmaq lazımdır. Əgər dövlət internetə müəyyən məhdudiyyət qoyubsa, deməli onun təhlükəsini başa düşərək bu məhdudiyyəti qoyub.

Biz vətəndaş olaraq orduya necə yardım edə bilərik? Orduya kömək üçün informasiya müharibəsi daha çox arxa cəbhədə gedir. İnformasiya müharibəsinin də təhlükəsi heç də cəbhədə gedən döyüşlərdən az deyil. İnformasiya mübadiləsi insanların şüurunu formalaşdırır və yalan məlumatlar insanları yanlış məlumatlara inanmağa məcbur edir, sonra isə o yalan yayıldı. Rəsmi təsdiqlənməyən məlumat əhalinin əhval-ruhiyyəsinə, hətta vətənpərvərlik ruhuna təsir etdi. Biz də düşməni sosial medaidan izləyirik. Müasir texniki imkanlar olan müddətdə bu vacib bir məsələdir. Düşmən də bizi sosial mediadan izləyir. Düşmən sosial media vasitəsilə bizimlə bağlı məlumatları əldə edirlər. Sosial mediada yazılan məlumatları hərbiləşdirib, oradan hərbi məlumatları götürərək döyüşlərin gedişində ondan istifadə edirlər. Bütün istiqamətlərdən hərbi kalonlar gedir, hərbçilər gedir. Bilib-bilmədən həmin onları çəkib paylaşırlar. Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Baş Prokurorluğun vətəndaşlara müraciətləri var. Həmin müraciətlərdə vətəndaşların nə etməsi qadağan olduğu bildirilib. Hərbçiləri çəkmək qadağandır, hərbi texnikaları çəkmək qadağandır, eləcə də, döyüş bölgələrini, kalonları, göydə uçan hərbi təyyarələri və helikopterləri çəkmək qadağandır. Bu qadağalar ona görə qoyulub ki düşmənin mütəxəssisləri bu məlumatlardan faydalana bilər. Həmin qadağalara əməl etməyənlər öz yaxınlarını, əsgərləri, döyüşçülərin həyatını təhlükəyə atırlar.

Müdafiə Nazirliyinin mətbuat xidməti cəmiyyətə orduda olan vəziyyəti dövlət sirri və təhlükəsizliyi qorumaq şərtilə məlumat verir. Cənab Prezidentin köməkçisi Hikmət Hacıyev tərəfindən açıqlamalar və bəyanatlar verilir. İşğal edilmiş ərazilərin azad olunması ilə bağlı məlumatlar verilir. Bu məlumatlardan əlavə məlumat paylaşmaq lazım deyil. Ancaq rəsmi məlumatları paylaşmaq gərəkdir”.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »